İspaniya La Liqasında növbəti matçına çıxan "Real Madrid" doğma meydanda "Vilyarreal"ı 1:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, görüşün yeganə qoluna Yan Diomande imza atıb.

Qələbəyə baxmayaraq, qarşılaşma hakimlərin qərarları və matçdan sonrakı gərginliklə yadda qalıb.

Görüşün 73-cü dəqiqəsində "Real Madrid"in futbolçusu Vinisius Junior rəqib futbolçunun saçını dartdığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Növbəti turda keçiriləcək "El Klasiko" öncəsi cəza almaq istəməyən baş məşqçi Joze Mourinyo matçdan sonra mətbuat konfransına çıxmaqdan imtina edib.

Madrid klubunun yarımmüdafiəçisi Orelyen Çuameni isə hakimin qərarına belə reaksiya verib:

"Bu necə qırmızı vərəqədir? Hakimləri anlaya bilmirəm. Bu baş verənləri həqiqətən dərk etmək çətindir. Danışsam, cəza alacağam".

Görüşün ardından "Real Madrid TV" də sərt bəyanatla çıxış edərək çempionatdakı hakimlərin idarəçiliyini kəskin tənqid edib:

"Real Madrid" bir daha hər kəsə və hər şeyə qarşı mübarizə aparır. "Real Madrid" bu axşam bu çirkli liqada, bu çirkli sistemdə hər şeyə baxmayaraq qalib gəldi".