Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Yaponiya millisi ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, rəqibi ilə 1/8 finalda üz-üzə gələn yığmamız 1:4 hesabı ilə uduzub.
Bununla da komanda mübarizəni vaxtından əvvəl dayandırıb.
Cüdoçularımız 1/16 finalda Avstriyaya 4:0 hesabı ilə qalib gəlmişdi.
Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.
Milli Gimnastika Arenasında baş tutan səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulub.


