“Real”ın baş məşqçisi Joze Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransına qatılmayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mouriyonun mətbuat konfransında iştirakdan imtina etməsinə səbəb Vinisius Juniorun qırmızı vərəqə alması olub. Qəzəbli olan baş məşqçi emosiyalarına hakim ola bilməyərək cəzalanmaq istəmədiyi üçün jurnalistlərin qarşısına çıxmayıb.
Qeyd edək ki, "Real" La Liqanın 8-ci turunda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub edib.


