"Gəncə" növbəti transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

ABŞ-dən olan Ayzeya Todd ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 

O, yeni komandasında 14 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, forvard mövqeyində oynayan 25 yaşlı Todd Litva və Tayvanda legioner həyatı yaşayıb.