​Hakimlərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel məhkəmə qarşısına çıxarılıblar.

Offsideplus.az xəbər verir ki, sülh Cəza Hakimliyinin qərarı ilə Kol "Şike" və "Təşviq", Erel isə "Rəsmi sənədləri saxtalaşdırma" ittihamları ilə həbs ediliblər.

​İstanbul Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakim Komitəsinə qarşı aparılan araşdırma çərçivəsində Yasin Kol və Göktuğ Hazar Erel Trabzonda "Trabzonspor" – "Droheda Yunayted" yoldaşlıq oyunundan sonra gözaltına alınıblar.

​Onlar "7258 saylı qanuna zidd hərəkətlər", "Sənədlərin saxtalaşdırılması cinayətində iştirak" və "Vəzifə səlahiyyətlərindən sui-istifadə" şübhələri ilə saxlanılaraq məhkəməyə çıxarılıblar. 

​Prokurorluqdakı dindirmə başa çatdıqdan sonra Yasin Kol "Şike və Təşviq", Göktuğ Hazar Erel isə "Rəsmi sənədlərdə saxtakarlıq" maddələri ilə həbs tələbi ilə hakim qarşısına çıxarılıb və həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndəriliblər.