Oktyabrın 22-dən 30-dək Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasının heyəti və oyun cədvəli müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın mətbuat xidməti açıqlayıb.

Yığmamız turnir çərçivəsində ilk matçına oktyabrın 24-də, saat 19:30-da "Bakı Kristal Zalı"nda ("Crystal Hall") Timor-Leste komandasına qarşı çıxacaq. Komandamız növbəti görüşlərini Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirəcək:

25 oktyabr, saat 12:45: Azərbaycan – Andorra

25 oktyabr, saat 19:30: Azərbaycan – Avstraliya

26 oktyabr, saat 11:30: Azərbaycan – İsrail

26 oktyabr, saat 18:15: Azərbaycan – Haiti

Qeyd edək ki, 189 ölkənin qatıldığı və ümumilikdə 1000-ə yaxın qarşılaşmanın planlaşdırıldığı möhtəşəm turnir dünyanın müxtəlif guşələrindən olan gənc futbol istedadlarını bir araya gətirəcək.

U-15 yığmamızın heyəti isə belədir:

№ Ad, Soyad Klub
1 Oqtay Mehrəliyev Qarabağ FK
2 Məhəmməd Ağamaliyev Qarabağ FK
3 Emil Quliyev Neftçi PFK
4 Əkbər Nağıyev Neftçi PFK
5 Kənan Əzimov Neftçi PFK
6 Qafar Babayev Neftçi PFK
7 Said Bayramov Neftçi PFK
8 Sübhan Əlizadə Neftçi PFK
9 Həsən Məhmədov Sabah FK
10 Həsən Ramazanov Sabah FK
11 Murad Məmmədzadə Sabah FK
12 Asif Allahverdizadə Ulduz FA
13 Müşfiq Zamanov Ulduz FA
14 Yusif Əlizadə Ulduz FA