Kriştiano Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda "Neom"a qarşı keçirilən oyunda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsinin sonunda "Əl-Nəsr" 11 metrlik zərbə qazanıb. Ronaldu topu qapıdan kənara vurub, top qapıçının sağ dirəyinin yanından keçib.

Hazırkı mövsümdə 41 yaşlı hücumçu 4 qol vurub, lakin heç birini penalti zərbəsindən reallaşdırmayıb.