2027-ci ildə “Qızıl top” mükafatının qalibinin müəyyənləşməsindəki əsas meyar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 2026/27 mövsümünün "Qızıl Top" mükafatında UEFA Çempionlar Liqasındakı çıxışlar böyük əhəmiyyət daşıya bilər.
Belə ki, 2027-ci ilin yayında futbol üzrə dünya çempionatı, Avropa çempionatı, Amerika Kuboku və klublararası dünya çempionatı keçirilməyəcək.
Bu səbəbdən futbolçuların klub səviyyəsindəki çıxışları, xüsusilə Çempionlar Liqasının pley-off mərhələsindəki performansları “Qızıl top” uğrunda mübarizədə əsas amillərdən birinə çevrilə bilər.
Avropanın ən böyük futbol səhnəsində fərqlənən oyunçuların nüfuzlu fərdi mükafatı qazanmaq şansları daha yüksək ola bilər.


