Kanadalı təcrübəli mərkəz Düayt Pauell karyerasını "Fənərbaxça"da davam etdirməyə yaxındır. BasketNews-un məlumatına görə, İstanbul təmsilçisi Pauell ilə müqavilənin son detallarını razılaşdırır.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı basketbolçuya Avropanın bir neçə digər klubu da maraq göstərib. Lakin Pauell artıq "Fənərbaxça"nın ön xəttini gücləndirməyə hazırdır. O, oktyabrın ortalarında 12 mövsüm çıxış etdiyi "Dallas Maveriks"dən ayrılıb. Pauell NBA-də 768 oyunda orta hesabla 6,5 xal və 4,2 ribaundla yadda qalıb.


