"Qalatasaray" məğlubiyyətindən sonra İsmail Kartalla yollarını ayıran "Fənərbağça" rəhbərliyi yeni baş məşqçi axtarışlarını sürətləndirib. 

Offsideplus.az xəbər verir ki, klub prezidenti Aziz Yıldırım yeni mütəxəssisin seçilməsi səlahiyyətini Cihan Kamer və Oğuz Çetinə həvalə edib.

"Sarı-laciverdlilər" milli komandaların oyunları ilə bağlı yaranan fasiləyə qədər əcnəbi məşqçi ilə müqavilə bağlamağı hədəfləyir.

İstanbul təmsilçisinin namizədlər siyahısında ilk sırada iyul ayında Almaniya milli komandasından ayrılan Yulian Nagelsmann yer alır.

Lakin 39 yaşlı mütəxəssisin karyerasını İngiltərədə davam etdirmək istəməsi bu keçidi çətinləşdirir. Türkiyə millisinin sabiq baş məşqçisi Vinçenso Montella variantı isə İtalyan mütəxəssisin ən azı 3 illik müqavilə tələb etməsinə görə gündəmdən çıxarılıb.