UFC-nin ən yüngül çəki dərəcəsində çıxış edən Coşua Van gələcəkdə Petr Yanla qarşılaşmağa hazır olduğunu bildirib. O, hazırda əsas məqsədinin bu çəki dərəcəsində tarix yazmaq olduğunu vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Van bu barədə belə danışıb: "Petr Yanla döyüş mənim üçün maraqlıdır? Əlbəttə, uyğun vaxtda bu qarşılaşma baş tuta bilər. Hazırda isə ən yüngül çəkidə tarix yazmaq istəyirəm, sonra isə vəziyyətə baxarıq". Qeyd edək ki, Coşua Van növbəti döyüşünü 31 yanvar tarixində UFC 336 turnirində Manel Kape ilə keçirəcək.