Sabirabadın "Marafon" klubu Azərbaycan Kubokunda tarixi uğur əldə edib.

Offsideplus.az xəbər verir ki, II Liqa təmsilçisi ilk iki təsnifat mərhələsini keçərək 1/8 finala yüksələn ilk aşağı dəstə komandası olub.

Turnirin debütantı öncə "Dinamo"nu (3:0), ardından I Liqa klubu "Zaqatala"nı (1:0) sıradan çıxarıb.

Son 4 mövsümün statistikasına əsasən, II Liqa klubları analoji mərhələlərdə keçirilən 25 duelin hamısında məğlub olmuşdu.

Qeyd edək ki, "Marafon" 1/8 final mərhələsində "Araz-Naxçıvan"ın qonağı olacaq.