Fransalı futbolçu Kilian Mbappenin Çindəki nüfuzu ilə bağlı yaranan qalmaqalın maliyyə nəticələri getdikcə böyüyür.

Offsideplus.az xəbər verir ki, belə ki, üç Çin şirkəti davam edən mübahisələrdən sonra Mbappe ilə sponsorluq müqavilələrini ləğv edib.

Bununla yanaşı, bir sıra Çin şirkəti olmayan brendlər də ölkədəki reklamlarından və sosial media hesablarından futbolçunun görüntülərini silib.

Baş verənlərin Mbappenin gəlirlərinə milyonlarla dollar zərər vura biləcəyi bildirilir.

“Real Madrid” daxilindəki bəzi şəxslər isə futbolçunun Çindəki nüfuzunun bərpasının artıq çox çətin ola biləcəyini düşünürlər.