ABŞ millisinin yarımmüdafiəçisi Kristian Pulişiç "Milan" klubu ilə yeni müqaviləyə imza atıb.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçunun müqaviləsi 30 iyun 2031-ci ilədək uzadılıb. Pulişiç 2023-cü ilin iyulundan etibarən İtaliya təmsilçisinin formasını geyinir. Bu müddət ərzində o, "rossoneri"nin heyətində 142 oyunda iştirak edib, 44 qol vurub və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə yarımmüdafiəçi bütün turnirlərdə 8 oyunda meydana çıxıb, 2 qol və 1 assistlə fərqlənib.


