Baş məşqçi Hans-Diter Flik "Barselona"nın top itirdikdən sonra necə oynamalı olduğunu izah edib.

Offsideplus.az xəbər verir ki, Flik müdafiənin yalnız müdafiəçilərin işi olmadığını, bütün komandanın bu prosesdə iştirak etməli olduğunu bildirib. "Ən vacibi, "Real Madrid"lə oyunda olduğu kimi topu bu qədər asanlıqla itirmək olmaz. Bu, pis idi və bizim adət etdiyimiz səviyyəni əks etdirmirdi. Artıq qeyd etmişəm ki, bəlkə də bizə bir az təravət çatmırdı. Daha diqqətli oynamaq lazımdır, cərimə meydanında müdafiə olunarkən isə rəqibləri xüsusi nəzarətdə saxlamaq vacibdir", – deyə Flik vurğulayıb.