“Sabah” Çempionlar Liqasının ilk ev oyununda “Slaviya”ya 2:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

“Biz oyuna başlayanda yaxşı təzyiq edirdik. İlk 20-25 dəqiqədə topa 60 faiz sahib idik. Oyun irəlilədikcə bu göstərici bərabərləşdi. Əsas səbəb oyunçulardan tam şəkildə istifadə edə bilməyimiz idi. Çox hazırlıqlı rəqibə qarşı oynadıq. İkinci hissədə daha konkret məsələlərə fokuslandıq. Əsas məqamlardan biri erkən qol vurmağımız idi. İrəli atıldıq, qoldan sonra daha inamlı oynadıq. Çox sevinirəm ki, oyunçularım xarakter göstərdi. Bizim üçün mükəmməl nəticədir – ilk ev oyunu və ilk qələbə”.

Azarkeşlərə vədləri barədə danışan mütəxəssis bunları deyib:

“Onlara nə vəd edim? Deyirəm ki, daha yaxşı oynamağa çalışacağıq. Gözəl Bakını təmsil edirik. Nəticə barədə vəd verə bilmərəm. Qəbələyə çətin səfərimiz var. Sonra “Borussiya” ilə oynayacağıq”.

Pley-offa yüksəlmək şansları ilə bağlı suala isə Dambrauskas belə cavab verib:

“Necə istəsəniz, elə də deyə bilərsiniz (gülür). Mən hazırda “Qəbələ” səfəri və məşqlər barədə düşünürəm. Həmçinin növbəti Çempionlar Liqası oyunu haqqında”.