Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz” “Neftçi” ilə heç-heçə etdi - 1:1.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Kurban Berdıyev media önünə çıxıb:

“Paltardəyişmə otağında uşaqlara təşəkkür etdim. Rəqib azlıqda qalana qədər də üstün idik. Qələbə qazanmadığımız üçün təəssüflənirəm. Bu gün iki xal itirdik”.