"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa, klub prezidenti Florentino Peresin dünənki mətbuat konfransında verdiyi bəyanatları şərh edib.
Offsideplus.az həmin müsahibəni sizə təqdim edir:
– Florentino Peresin mətbuat konfransı haqqında nə düşünürsünüz?
– Mən bura prezidentin mətbuat konfransını şərh etmək üçün gəlməmişəm. Hər bir "madridista" razılaşar ki, "kral klubu"nun maraqları qorunmalıdır. Bizə qarşı dünyanın digər klublarından fərqli münasibət bəslənilir. Təzyiqin səviyyəsini bilirik və bu klub "sosyos"lar (klub üzvləri) sayəsində güclüdür. Heç kim bizə necə düşünməyi, necə olmağı və necə hərəkət etməyi diktə edə bilməz.
– Prezident "oğurlanmış çempionluqlar"dan danışıb. Onunla razısınız?
– Əlbəttə. Hamımız son 20 ildə nələrin baş verdiyini görürük. Bilmədiyimiz məqamlar da mütləq var. "Negreyra işi"nin üstünün açılması əla olardı. Futbolla əlaqəsi olan hər kəs üçün bu vəziyyətin qanunsuz və ağlasığmaz olduğu aydındır. Qanuniliyi yalnız futbolun müdafiə etməsi inanılmaz görünür. Bütün "Real Madrid" azarkeşləri bu fikri bölüşürlər.
– Florentino Peresə səs verərdinizmi?
– Mən "sosyo" deyiləm, ona görə də səs verməyəcəyəm. "Real Madrid"i Florentinosuz görmüşəm. Onun gəlişindən əvvəl nələrin olduğunu və klubun son 26 ildə necə dəyişdiyini bilirəm. RM azarkeşləri Florentinonun titullardan başqa nələrə nail olduğunun fərqindədirlər. Əgər vəziyyəti kimisə dəyişə bilərsə, bu, məhz Florentino Peresdir.
Qeyd edək ki, dünənki mətbuat konfransında F. Peres "Barselona" və rəhbərliyinə, İspaniya Kral Futbol Federasiyasının (RFEF) Texniki Hakimlər Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Negreyrara ödənişlər edərkən rüşvətxorluq maddəsi ilə ittiham irəli sürüb.


