İtaliyalı idmançı Marko Manenti ("Bardiani CSF 7 Saber") "Bakı–Xankəndi" velosiped yarışının dördüncü mərhələsində qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, o, 152,7 km məsafəni 3 saat 11 dəqiqə 46 saniyəyə qət edərək finişə birinci çatıb. Onu müvafiq olaraq Henok Mulubrhan ("Astana") və Pita Kristian David ("Roojai Insurance Winspace") izləyib.

Xatırladaq ki, əvvəlki mərhələlərdə Aleksey Şnirko, Yevgeni Fyodorov və Qleb Suritsa qalib gəlmişdilər. UCI-nin 2.1 kateqoriyalı bu yarışında 20 ölkədən 24 komanda mübarizə aparır.

Mükafat fondu 50 000 avrodan çox olan turnirə mayın 14-də Xankəndi şəhərində keçiriləcək son mərhələ ilə yekun vurulacaq.