Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadənin növbəti rəqibi məlum olub.
Offsideplus.az xəbər verir ki, o, "GLORY" Qran-pri turnirində mərakeşli Məhəmməd Tuşassi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu turnir iyunun 13-də baş tutacaq.
Turnirin reqlamentinə görə, Bəhram rəqibini məğlub edə bilsə, yarımfinalda Cem Kaseres (Türkiyə) - Mohammed Hamdi (Mərakeş) cütünün qalibi ilə üz-üzə gələcək.


