Azərbaycan Kubokunda 2025/26 mövsümünün qalibi bu gün məlum olacaq.

Offsideplus.az xəbər verir ki, çempion "Sabah" həlledici oyunda "Zirə" ilə qarşılaşacaq.

Bu, "bayquşlar"ın sayca ikinci finalıdır. Onlar kubokun son qalibidir.

"Zirə" isə üçüncü finalını oynayacaq. "Qartallar" əvvəlki iki oyunda "Qarabağ"a məğlub olublar.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azərbaycan Kubokunun finalı

13 may (çərşənbə)

20:00 “Sabah” - “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev

Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə

VAR: Tural Qurbanov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

“Neftçi Arena”