Türkiyənin "Fənərbağça" klubu yay transfer pəncərəsinin ən böyük bombasını partlatmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "Sarı-lacivərdlilər" "Liverpul" ilə yollarını ayırmağa hazırlaşan dünya şöhrətli hücumçu Məhəmməd Salahı azad agent statusu ilə transfer etmək üçün hərəkətə keçib.
İstanbul təmsilçisi Salahın nümayəndələri ilə görüşərək ona 3 illik müqavilə təklif edib.
Klubun misirli ulduz üçün mövsümlük 17 milyon funt-sterlinq (təxminən 20 milyon avro) civarında məvacib ödəməyə hazır olduğu bildirilir.
Səudiyyə Ərəbistanı və ABŞ-nin MLS klublarından gələn astronomik təkliflərə baxmayaraq, 33 yaşlı futbolçunun əsas hədəfi karyerasını Avropada davam etdirməkdir.


