Azərbaycan Güləş Federasiyasının (AGF) İcraiyyə Komitəsinin qərarı ilə 5 nəfərdən ibarət Etika və İntizam Komitəsi təsis olunub.
Offsideplus.az xəbər verir ki, iclasda Komitənin sədri Hüseyn Əliyev (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis), üzvlər – Həsənağa Rzayev (MOK-un İdman idarəsinin müdiri), Xəzər İsayev (MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri), Firdovsi Umudov (Azərbaycan Respublikasının idman ustası və əməkdar məşqçi) və Əlibaba Əliyev (Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Komitənin katibi), eləcə də AGF-nin Baş Katibi Pərvin Piriyev iştirak edib.
Görüşdə federasiyanın yeni Etika Məcəlləsi, Əsasnaməsi və İntizam qaydaları müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
4 il müddətinə seçilən komitənin əsas vəzifələrinə qeyri-etik davranışların qiymətləndirilməsi, "Fair Play" və "Safeguarding" (şəxsiyyətin qorunması) prinsiplərinə nəzarət, habelə intizam sanksiyaları barədə qərarların qəbul edilməsi daxildir.


