Futbol üzrə Azərbaycan Kubokunun final qarşılaşmasından sonra mətbuat konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"ın 2:1 hesabı ilə qalib gəldiyi oyunu şərh edib:
"Oyun bizim üçün yaxşı başladı, qol vurub fərqlənə bildik. 20-25 dəqiqə yaxşı müdafiə olunduq, Oyunun biricni hissəsinin sonlarında rəqibə 2 mümkün qol epizodu verdik. İkinci hissədə müəyyənlər dəyişikliklər etdik, bizim üçün daha etibarlı keçirdi. Lakin ilk hissədəki kimi 100/100 epizodlar vermirdik. Rəqibin fantatik qolundan sonra hesab bərabərləşdi. Futbolçulara təşəkkür edirəm. Əzmkar oynadılar. Güclü rəqibə qarşı oynayırdıq. Vurulan qollar çox sualların cavabıdır. Bu da rəqib komandanın nə qədər güclü olduğunu göstərir".
R.Sadıqov avrokuboklara vəsiqə uğrunda mübarizəni dəyərləndirib:
"Sona qədər mübarizə aparacağıq. Lakin başa düşürük ki, rəqib turnir cədcəlində 2 oyunda xal itirməlidir. Durum asan deyil, təbii olaraq özümüzdə güc tapıb, şanslarımızı saxlamağa çalışacağıq".


