Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının növbəti hazırlıq planı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, millimiz mayın 28-dən 30-dək Bakıda məşq etdikdən sonra təlim-məşq toplanışını Türkiyədə davam etdirəcək.
İyunun 10-na qədər İsparta şəhərində hazırlıq keçəcək U-21 komandamız bu müddət ərzində iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Millimiz iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə üz-üzə gələcək.
"Sav" stadionunda təşkil olunacaq hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.


