Azərbaycan milli komandasına İtaliya əsilli futbolçu cəlb oluna bilər.
Offsideplus.az-ın məlumatına görə, "Sampdoriya"nın U-19 komandasının üzvü Lorenzo Mezzotero hazırda AFFA-nın diqqətindədir. Lorenso 2025-ci ilin iyul ayından bəri bu klubda çıxış edir. O, cari mövsüm 30 oyun keçirib, 11 qol və 2 assistə imza atıb.
Sözügedən futbolçu 2008-ci ildə Bakıda dünyaya gəlib. Atası Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) çalışdığı üçün mərkəz hücumçusu ölkəmizdə boya-başa çatıb. O, "Qarabağ", "Neftçi", "Viqor Milano", "Atalanta" kimi klubların akademiyalarının yetirməsidir.
AFFA-nın yaxından maraqlandığı oyunçu gənc futbolçulardan ibarət Azərbaycan yığmasının formasını geyinə bilər.



