Serie A klubu "Qalatasaray"ın ulduzu üçün rəsmi hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, ​"Komo 1907" klubu "Qalatasaray"ın müdafiəçisi Davinson Sançesin transferi ilə bağlı rəsmi danışıqlara başlayıb.

​Kolumbiyalı milli futbolçunun bu yay Sesk Fabreqasın rəhbərlik etdiyi komandaya qoşulmağa müsbət yanaşdığı bildirilir. İtaliya klubunun gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq olması Sançesi bu keçidə cəlb edən əsas amillərdən biridir.

​"Qalatasaray" rəhbərliyi isə təcrübəli müdafiəçinin gedişinə icazə vermək üçün qapını 15 milyon avrodan açıb. Tərəflər arasında transfer şərtlərinin müzakirəsi davam edir.