Futbol azarkeşlərinin 4 ildir həsrətlə gözlədiyi DÇ-2026-da 3-cü həftə yekunkaşmaq üzrədir.
Bəzi qruplarda bütün suallara aydınlıq gəlsə də, bəzilərində durum fərqlidir, rəqabət son saniyəyə qədər gedəcək.
Offsideplus.az qrup mərhələsini adlayan komandalar və bəlli olanların rəqibləri haqda yazını təqdim edir.
Meksika, Cənubi Afrika, İsvçecrə, Kanada, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Almaniya, Fil Dişi Sahili, Niderland, Yaponiya, Misir, Fransa, Norveç, Argentina və Kolumbiyanın növbəti mərhələyə yüksələcəyi dəqiqdir. Həmçinin İsveç, Ekvador və Bosniya və Hersoqovina da ən yaxşı qrup 3-cüsü kimi çıxacaqları rəsmiləşib.
İspaniya və İngilərə seçmələri də möcüzə olmasa, pley-off-a yüksələcəklər.
1/32 finaldakı bəzi cütlüklər artıq bəllidir:
Cənubi Amerika - Kanada
Niderland - Mərakeş
ABŞ - Bosniya və Hersoqovina
Braziliya - Yaponiya
Qeyd edək ki, pley-off iyunun 28-dən etibarən start götürəcək.


