"Tottenhem" klubunun Sandro Tonalini heyətinə qatmaq üçün etdiyi ikinci cəhd də uğursuzluqla nəticələnib.

Offsideplus.az xəbər verir ki, "Nyukasl Yunayted" London təmsilçisinin növbəti rəsmi təklifini geri çevirib.

​"Tottenhem" rəhbərliyi "Nyukasl"dan əvvəlki 75 milyon funt-sterlinqlik təklifini yenidən nəzərdən keçirməyi xahiş etsə də, "sağsağanlar" bu təkliflə razılaşmayıb.

​Məlumata görə, "Nyukasl" italiyalı yarımmüdafiəçinin dəyərini təxminən 100 milyon funt-sterlinq olaraq qiymətləndirir.

Futbolçuya marağın getdikcə artmasına baxmayaraq, hələlik heç bir klub bu məbləği ödəməyə hazır deyil.