ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino Türkiyəyə 2:3 hesablı məğlubiyyətdən sonra media önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis Türkiyənin qələbəni qeyd etməsini anlamadığını açıqlayıb:

“Türkiyə turnirdən gedir, elə bir ab-hava var ki, sanki biz evə qayıdırıq. Türkiyə turnirlə vidalaşdı və evə qayıdır. Nəyə sevinirlər? Bunu başa düşə bilmirəm".

Qeyd edək ki, ABŞ qrup birincisi kimi pley-offa yüksəlib.Türkiyə yığması isə qrupda 3 xalla sonuncu olaraq DÇ-2026 ilə vidalaşıb.