Futbol dünyasının əfsanəvi simalarından biri olan Klarens Zeedorf Fransa millisinin və "Real Madrid"in ulduzu Kilian Mbappe ətrafında yaradılan tənqidlərə sərt reaksiya verib.
Offsideplus.az xəbər verir ki, o, fransız hücumçunun oyununa heyran olduğunu gizlətməyib.
Ulduz futbolçunun qol performansını "çılğınlıq" adlandıran niderlandlı keçmiş yarımmüdafiəçi, komanda daxilindəki rol bölgüsünə fərqli bir baxış bucağı gətirib:
"Mbappe? Onun performansına heyranam. Qol baxımından bu, sadəcə çılğınlıqdır. Runinin müdafiəyə inanılmaz köməyi var idi, komandada belə bir oyunçunun olması möhtəşəm idi. Amma bəlkə də Kriştiano Ronaldo o qədər də müdafiə olunmurdu.
Bəs bu, kimin vecinədir?! Bu adam mövsümdə 40 qol vurur. Əgər belədirsə, MƏN ONUN YERİNƏ QAÇARAM. Əlavə işi mən görərəm. BİZİM MENTALİTETİMİZ belə idi. Heç bir problem yoxdur. Mbappenin müdafiəyə kömək etməməsi ilə bağlı qaldırılan bu hay-küyü ümumiyyətlə başa düşmürəm".


