Braziliya millisinin ulduz futbolçusu Vinisius Junior Dünya Çempionatının qrup mərhələsində göstərdiyi möhtəşəm performansla ölkə futbolunun əfsanələrinin rekordu ilə bərabərləşib.
Offsideplus.az xəbər verir ki, turnirin qrup mərhələsində 5 qolda birbaşa iştirak edən gənc hücumçu, Pele (1970) və Zikonun (1982) tarixdəki bu unikal göstəricisini təkrarlayıb.
Bununla da bitmir: Vinisius Junior Braziliya futbolu tarixində qrup mərhələsinin bütün oyunlarında qol vurmağı bacaran nadir oyunçuların siyahısına adını yazdırıb. İndiyə qədər bu uğura yalnız Jairzinho, Ronaldo, Romario və Rivaldo nail olmuşdu.
Braziliya millisinin "7 nömrə"si bu möhtəşəm performansı ilə bir daha nə qədər dayandırılmaz olduğunu sübut etdi.


