Yapon futbolunun 59 yaşlı canlı əfsanəsi Kazuyoşi Miura Üçüncü divizion təmsilçisi "Fukuşima Yunayted" ilə icarə müqaviləsini 2027-ci ilin iyununa qədər uzadıb.
Offsideplus.az xəbər verir ki, bu o deməkdir ki, o, peşəkar futbol karyerasını 60 yaşında da davam etdirəcək.
Bu müqavilə Miuranın peşəkar futboldakı heyrətamiz 42-ci mövsümü olacaq və onun idman tarixinin ən uzunömürlü simalarından biri statusunu daha da möhkəmləndirəcək.
Futbol dünyasında "Kral Kazu" kimi tanınan hücumçu bu yaxınlarda peşəkar liqa matçında meydana çıxan ən yaşlı oyunçu kimi yeni rekorda imza atıb (59 yaş, 3 ay, 12 gün).
Karyerasına 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayan Miura, futbola olan ehtirasını qoruduğunu, "mübarizəni davam etdirmək" və "Fukuşima Yunayted"in "J2" liqasına yüksəlməsinə töhfə vermək istədiyini bildirib.
Qeyd edək ki, Yaponiya millisində 89 oyuna 55 qol vuraraq zəngin beynəlxalq karyera quran Miura ölkəsinin iştirak etdiyi 1998-ci il Dünya Çempionatının heyətindən kənarda qalması ilə də yadda qalmışdı.


