Səudiyyə Ərəbistanı klublarının ciddi marağına baxmayaraq, Bruno Fernandes bu transfer pəncərəsində "Mançester Yunayted"i tərk etmək niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu qərarını bəzi komanda yoldaşlarına da bildirib.
Təcrübəli oyunçunun əsas məqsədi "Mançester Yunayted" layihəsinə sadiq qalaraq klubun əsl əfsanəsinə çevrilmək və komandası ilə daha çox kubok qazanmaqdır.


