Madridin "Atletiko" klubunun azarkeşləri Xulian Alvaresi La Liqanın ilk turunda "Vilyarreal" ilə qarşılaşma öncəsi fitə basıb.
Offsideplus.az xəbər verir ki, "Metropolitano" stadionunda keçirilən oyundan əvvəl stadionun diktoru futbolçuların adlarını bir-bir səsləndirib. "Atletiko" azarkeşləri öz oyunçularını alqışlarla qarşılayıb, lakin Alvaresin adı çəkiləndə tribunadan güclü fit səsləri eşidilib. Qeyd edək ki, Xulian Alvares start heyətində yer almayıb.
Xatırladaq ki, dünya çempionatı zamanı argentinalı hücumçu "Atletiko"dan ayrılmaq istədiyini bildirmişdi. Daha sonra o, karyerasını "Barselona"da davam etdirmək arzusunu klub rəhbərliyinə çatdırıb. Xulian Alvaresin "Atletiko" ilə mövcud müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir.


