"Barselona" "Sportinq"in mərkəz müdafiəçisi Qonsalo İnasionun transferi üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
Kataloniya təmsilçisinin 22 yaşlı portuqaliyalı futbolçunu heyətinə cəlb etmək üçün Lissabon klubu ilə danışıqlara başladığı bildirilir.
Məlumata görə, transferlə bağlı detalların yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.
24 yaşlı futbolçu karyerası boyunca yalnız "Sportinq"də çıxış edib. O, burada 261 oyun keçirib və 24 qol vurub.


