Bu gün Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatının C qrupunda II turun görüşlərinə start verilir.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə voleybolçu qadınlarımız İspaniya seçməsi ilə qüvvəsini sınayacaq. Qarşılaşma saat 18:30-da başlayacaq.

Qrupun digər oyununda isə Portuqaliya və Belçika komandaları üz-üzə gələcəklər. Bu matç saat 15:30-da başlayacaq.

Qeyd edək ki, C qrupunun qarşılaşmaları avqustun 28-dək paytaxtımızda davam edəcək. Start turundan sonra aktivində 3 xal olan Azərbaycan millisi qrupun lideridir. Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Hesabında xal olmayan Portuqaliya isə sonuncu pillədə qərarlaşıb.

Reqlamentə əsasən, qrup mərhələsini ilk 4 sırada tamamlayan yığmalar pley-offa vəsiqə əldə edəcəklər.