Misli Premyer Liqasında II turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, turun qapanış matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Ağ-qaralar" ilk oyunda qələbə qazanmağı bacarıb. Naxçıvanın təmsilçisi isə heç-heçəyə imza atıb.
Qeyd edək ki, bu tur keçirilməli olan “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunları təxirə salınıb. "Sabah" Çempionlar Liqası, "Qarabağ" isə Konfrans Liqasındakı oyunlarına görə PFL-ə bu barədə müraciət edib və qurum bu qərarı verib.
MPL, II tur
23 avqust (bazar)
20:45 “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”


