"Bavariya" "Borussiya"nı məğlub edərək 12-ci dəfə Almaniya Superkubokunu qazanıb.

Offsideplus.az xəbər verir ki, matç Dortmunddakı "Siqnal İduna Park" stadionunda baş tutub.

81 mindən çox azarkeşin izlədiyi qarşılaşmada 2:1 hesabı ilə qalib gələn “Bavariya” Frans Bekkenbauer Superkubokuna sahib olub.

Qeyd edək ki, "Bavariya" qalibiyyət baxımından turnirin rekordçusu olub.