Lionel Messi "İnter Mayami"nin heyətində "Toronto"ya qarşı keçirilən oyunda fərqlənib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu MLS-də ardıcıl üçüncü oyunda məhsuldar seriyasını davam etdirib. Messi son 3 matçda 2 qol və 1 assistlə yadda qalıb.
O, bu mövsüm 18 oyunda 14 qol və 8 məhsuldar ötürmə ilə seçilib.
Messi karyerasında 1170-ci oyununda 923-cü qolunu vurub. Kriştiano Ronaldu isə 977 qola sahibdir.
Görüş "Toronto"nun qələbəsi lə başa çatıb.
Argentinalı ulduzun qolunu sizə təqdim edirik:


