Kley Tompson karyerasında yeni səhifə açıb. Təcrübəli müdafiəçi "Dallas Maveriks"lə müqaviləsini vaxtından əvvəl başa vuraraq, "Mayami Hit"ə keçmək qərarı verib.
Offsideplus.az xəbər verir ki, insayder Maykl Skottonun məlumatına görə, Tompson müqaviləsini ləğv etmək üçün təxminən 9,8 milyon dollardan imtina edib. O, 2026/27 mövsümündə "Dallas"dan 17,5 milyon dollar qazanmalı idi. Artıq Tompson qarşıdakı iki il ərzində "Mayami"də 13 milyon dollar alacaq. Müqavilənin ikinci ili oyunçunun seçimidir.


