“Yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Velko Simiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Futbolçu azarkeşləri “Hapoel Byer-Şeva” ilə cavab oyununda komandanı dəstəkləməyə çağırıb:

“Biz əlbəttə, qarşıdan gələn oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizə səslənirəm ki, oyuna gəlib, stadionu doldursunlar”.

Qeyd edək ki, matç avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.