"Atalanta" "Leyptsiq"in futbolçusu Elif Elması icarə əsasında heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şimali Makedoniya yığmasının 26 yaşlı futbolçusu Berqamo klubu tərəfindən sonradan satınalma şərti ilə icarəyə götürülüb.

Yarımmüdafiəçi karyerası ərzində "Rabotniçki", "Fənərbaxça", "Leyptsiq" və "Napoli" komandalarında forma geyinib.