"Kristal Palas"ın hücumçusu İsmaila Sarr "Qalatasaray"la şəxsi şərtlərdə razılıq əldə edib və karyerasını Türkiyə klubunda davam etdirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, futbolçunun özü bu keçiddə təkid etdiyi üçün o, London təmsilçisinin bir azdan başlayacaq matçının heyətindən kənarda saxlanılıb.
"Kristal Palas" Seneqal milli komandasının üzvünü heyətdə saxlamaq istəyir və klublar arasında hələ ki rəsmi razılıq əldə olunmayıb.
Buna baxmayaraq, Sarr transferin reallaşması üçün rəhbərliyə təzyiq göstərməyə davam edir.
Qeyd edək ki, baş məşqçi Pyer Saj cümə günü verdiyi açıqlamada hücumçunun oyunda meydanda olacağını bildirmişdi.


