Ukraynanın "Şaxtyor Donetsk" klubu cari mövsümdə UEFA Çempionlar Liqasının ev oyunlarını Londonun "Stemford Bric" stadionunda keçirmək müraciətinin təsdiqləndiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Ukrayna təmsilçisinin Avropadakı ev matçlarını London arenasından birində keçirmək istəyi rəsmən təsdiqini tapıb.
Klubun rəsmi bəyanatında bildirilir: "Çempionlar Liqasının ev oyunlarını "Stemford Bric"də keçirmək "Şaxtyor" üçün xüsusi bir fürsətdir. Oyunlarımızı bu möhtəşəm məkanda oynamağımıza imkan yaratdığı üçün "Çelsi"yə dərin minnətdarlığımızı bildiririk."


