Fransalı müdafiəçi Silven Fransisko bu yay çətin transfer dövrü yaşayıb. O, "Villerban"la razılaşa bilməyib və NBA-yə keçid imkanlarını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Fransisko bildirib ki, NBA-dən 5-6 komanda ona iki illik zəmanətli müqavilə təklif edib. "Çikaqo Bulls"la da variant olub, lakin bütün proses LeBron Ceymsin qərarını gözlədiyinə görə dayandırılıb. Fransiskonun NBA-yə keçidi üçün son tarix 20 iyul imiş, lakin LeBron Ceyms qərarını yalnız 4 gün sonra verib. "Çox təəssüf edirəm, bir az əsəbiləşdim, açıq deyirəm. Amma bu cür şeylərə təsir etmək olmur. Bəlkə də, hər şey belə daha yaxşı oldu. Avropada qalıram", – deyə Fransisko vurğulayıb. O, nəticədə "Panatinaikos"un heyətinə qoşulub.


