"Gəncə" basketbol klubu ABŞ-dən olan Mitçel Lataviusla anlaşıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu mövqeyində çıxış edən basketbolçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, boyu 203 sm olan 28 yaşlı forvard son mövsümü İrlandiyanın "Ballinkolliq" klubunda keçirərək çempionatın ən dəyərli oyunçusu (MVP) seçilib. O, mövsümlərarası fasilədə NBA Yay Liqasında "Detroyt Pistons" komandasının şərəfini qoruyub.


