UFC 330 turnirində İslam Maxaçev tarixə düşüb. O, ardıcıl 17-ci qələbəsini qazanaraq Anderson Silvanın rekordunu yeniləyib və eyni zamanda Ian Machado Garry üzərində qələbə ilə yarımorta çəki titulunu müdafiə edib. Döyüşdən sonra Maxaçev bildirib ki, məqsədi ardıcıl 20 qələbəyə çatmaqdır. Lakin bu hədəfə çatmaq üçün döyüşməyə davam etməlidirmi?

Offsideplus.az xəbər verir ki, MMA ictimaiyyətində bu məsələ ətrafında müxtəlif fikirlər səsləndirilir. Bəziləri hesab edir ki, Maxaçev döyüşmək istədiyi və yüksək səviyyədə çıxış edə bildiyi müddətdə qəfəsdə qalmalıdır. Digərləri isə düşünür ki, riskləri minimuma endirib, irsini qorumaq üçün bir döyüşdən sonra əlcəklərini asması daha məntiqli olardı. Müəllif qeyd edir ki, Con Consun ağır çəki titulunu qoruduğu dövrdə riskləri minimuma endirməsi ağıllı addım idi və uzun illər sonra insanlar yalnız nəticələrə baxacaq. Maxaçev də hazırda oxşar vəziyyətdədir və qarşısında Carlos Prates kimi münasib rəqib var. Əgər Prates üzərində qələbə qazansa, unikal nəticə ilə karyerasını bitirə bilər. Lakin iki döyüş də əlavə etsə, tarixdə ən güclülərdən biri kimi adını möhkəmləndirəcək. Bu isə onun qarşısında duran əsas seçimdir: risk edib əfsanə olmaq, yoxsa zirvədə dayanmaq?

Bundan əlavə, müəllif qeyd edir ki, UFC 330-dan sonra nə Pratesin, nə də Moralesin Maxaçevə ciddi təhlükə yaradacağına inanmır. Morales isə hələ də sual altındadır.