"Mançester Yunayted" azarkeşi Frenk İllett yeni Premyer Liqa mövsümünün başlanğıcı ərəfəsində saç düzümünü nümayiş etdirib.

Offsideplus.az xəbər verir ki, o, komanda ardıcıl beş qələbə qazanana qədər saçını kəsməyəcəyinə söz verib. Bu vədi 5 oktyabr 2024-cü ildə verən İllett artıq 686 gündür saçını kəsmir. Hazırda "Yunayted"in rəsmi oyunlarda iki qələbəlik seriyası var. Komanda bu gün Premyer Liqanın ilk turunda səfərdə "Hall Siti" ilə qarşılaşacaq.