Bronni Ceyms azarkeşlərə avtoqraf verərkən və şəkil çəkdirərkən, onlardan biri "Los Anceles Leykers"in gənc müdafiəçisindən LeBron Ceymsin "Filadelfiya Siksers"ə mümkün keçidi barədə soruşub. Gənc oyunçu isə bu suala zarafatla yanaşıb: "Fərqi yoxdur, axı o mənim atamdır", – deyə Bronni gülərək cavab verib.

Offsideplus.az xəbər verir ki, daha əvvəl "Leykers" rəhbərliyinin LeBron Ceymsin komandadan ayrılacağı təqdirdə belə, Bronni Ceymsi heyətdə saxlamaqda maraqlı olduğu və gənc müdafiəçini komandada görmək istədiyi bildirilib.